Rusiya Dövlət Duması Moskva və ətraf vilayətlərdə 2025-ci il sentyabrın 1-dən 2029-cu il sentyabrın 1-dək miqrantların mobil tətbiq vasitəsilə qeydiyyatını nəzərdə tutan qanunu qəbul edib.
KONKRET.az xəbər verir ki, eksperiment çərçivəsində əcnəbilər geolokasiya və şəxsi məlumatlarının emalına razılıq verəcək, faktiki yerləşdikləri yer barədə Daxili İşlər Nazirliyinə məlumat ötürəcəklər.
Qaydalar barmaq izi, biometrik foto və cihazların izlənməsini də əhatə edir. Diplomatlar və Belarus vətəndaşları istisnadır. Yaşayış yerini dəyişənlər bunu üç iş günü ərzində bildirməlidir.
Aynurə İsmayıl
KONKRET.az