Rusiya ordusu Ukraynanın hərbi və mülki obyektlərə endirdiyi zərbələrə cavab verib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gecə Kiyevin terror aktlarına cavab olaraq Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli uzaqmənzilli hava, dəniz və qurudan silahlar, eləcə də PUA-larla Ukraynanın konstruktor bürosuna, silah və hərbi texnika istehsalı və təmiri müəssisələrinə, dron istehsalı sexlerinə, Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnika anbarlarına irimiqyaslı zərbələr endirib.
“Zərbələrin məqsədinə nail olunub. Bütün təyin edilmiş obyektlər vurulub”, Rusiya MN-in bəyanatında qeyd olunub.