Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət etdibackend

Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət etdi

Rusiya Müdafiə Nazirliyi Yevgeni Priqojinlə bağlı vəziyyəti silahlı qiyam adlandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Vaqner özəl hərbi şirkəti”nin hücum dəstələrinin döyüşçülərinə müraciət edirik. Sizi aldadaraq Priqojinin cinayət avantürasına və silahlı qiyamda iştiraka cəlb ediblər. Bir neçə dəstədən olan bir çox yoldaşınız səhvlərini artıq başa düşüblər. Xahiş edirik ki, ağıllı davranasınız və tezliklə Rusiya Müdafiə Nazirliyi və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlayasınız. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, – nazirliyin açıqlamasında deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*