Rusiya Navalnayanı terrorçu elan etdibackend

Rusiya Navalnayanı terrorçu elan etdi

Rusiyalı mərhum müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya terrorizmdə və ekstremist fəaliyyətdə iştirakı barədə məlumatın olduğu təşkilatlar və şəxslər siyahısına daxil edilib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat “Rosfinmonitorinq” reyestrində yer alıb.

Qeyd edək ki, iyulun 9-da Moskvanın Basmannı Məhkəməsi Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin tələbi ilə Yuliya Navalnayanı “ekstremist cəmiyyətdə” iştirakda ittiham edərək, iki ay müddətinə qiyabi həbs edib. Onu 6 ilədək həbs gözləyir.

Həbs müddəti təqsirləndirilən şəxsin Rusiya ərazisində ekstradisiya edildiyi və ya saxlanıldığı andan hesablanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*