Rusiya nefti daşıyan tankerlər alıcı tapa bilmirbackend

Rusiya nefti daşıyan tankerlər alıcı tapa bilmir

Rusiyadan xammalın dəniz yolu ilə daşınmasına qadağa qoyulması və qiymət həddinin müəyyən edilməsi fonunda bu ölkənin neft tədarükçüləri üçün alıcı tapmaq çətinləşib.

KONKRET.az xəbər verir ki, bu barədə  “Bloomberg” agentliyi “Vortexa” və “Kpler”ə istinadən məlumat yayıb.

Bildirilib ki, yanacaqla dolu tankerlər alıcı olmadığından Avropa, Afrika və Latın Amerikası sahillərində yığılmağa başlayıb.

Qeyd edək ki, Rusiya xam neftin çatdırılması üçün logistik marşrutlarını şaxələndirib. Ancaq Avropanın enerji bazarı artıq Moskvanın yanacaq ixracı üçün əsas istiqamət deyil.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*