Blogerlər Mixael Naki və Ruslan Karpuk Rusiya Silahlı Qüvvələri haqqında saxtakarlıq ittihamı ilə qiyabi olaraq 11 il həbs cəzasına məhkum edilib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsindən məlumat verilib.
Qeyd olunub ki, Naki və Karpuka 5 il müddətinə internet resurslarını idarə etmək qadağan edilib.
Prokuror blogerlərə 13 il həbs cəzası istəyib.
Bildirilir ki, 2022-ci ilin martında Naki və Karpuk xaricdə olarkən rus ordusu haqqında videolar çəkərək “YouTube”da yayımlayıb.
Daha sonra onlar beynəlxalq axtarışa verilib.
İqbal Rzayev,
KONKRET.az