Atlantic Council analitik mərkəzi Ukrayna Silahlı Qüvvələrinin Pokrovsk istiqamətində ciddi çətinliklərlə üzləşdiyini qeyd edib. Prezident Volodimir Zelenski etiraf edib ki, bu bölgədə ukraynalı hərbçilərin sayı rus qoşunlarına nisbətən səkkiz dəfə azdır.
KONKRET.az xəbər verir ki, nəşrin yazdığına görə, bu fakt üç illik müharibədən sonra Ukraynanın insan resurslarının tükənməsi barədə açıq siqnaldır.
Könüllülərin sayı əhəmiyyətli dərəcədə azalıb, itkilər artır, xaricə çıxışla bağlı məhdudiyyətlərin yumşaldılması isə təxminən 100 min gənc kişinin ölkəni tərk etməsinə səbəb olub.
Bu şəraitdə Ukrayna ordusu hücumdan çox müdafiə mövqeyinə çəkilməyə məcbur qalır.
Müşviq Tofiqoğlu
KONKRET.az

