Rusiya papanın nümayəndəsi ilə görüşməyə hazırdır – Lavrovbackend

Rusiya papanın nümayəndəsi ilə görüşməyə hazırdır - Lavrov

Rusiya tərəfi Ukrayna böhranını müzakirə etmək üçün papanın münaqişənin nizamlanması üzrə nümayəndəsi  kardinal Matteo Zuppi ilə görüşməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.

“Vatikan səylərini davam etdirir. Papanın elçisi tezliklə Rusiyaya qayıdacaq. Biz hər kəslə görüşməyə, hər kəslə danışmağa hazırıq”, – nazir deyib. .

Rusiya Ukrayna ilə bağlı “müxtəlif fikirlərə malik” Türkiyənin nümayəndələri ilə görüşlər keçirib. “Biz Birləşmiş Ərəb Əmirliklərinin və Səudiyyə Ərəbistanının ilk növbədə hərbi əsirlərin mübadiləsinin təşkilində ictimai olmayan səylərini yüksək qiymətləndiririk”, – Lavrov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*