Rusiya Paşayevin vəkillik statusunu ləğv etdibackend

Rusiya Paşayevin vəkillik statusunu ləğv etdi

Rusiya Ədliyyə Nazirliyi azərbaycanlı vəkil Elman Paşayevin vəkillik statusunun ləğv olunmasını təklif edib.

KONKRET.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin məlumatında bildirilib .

Qeyd olunub ki, Rusiya Ədliyyə Nazirliyi vəkil Elman Paşayevin vəkillik statusunun ləğv olunmasından ötrü  Şimali Osetiya və Moskva üzrə ərazi regional idarələrinə  vəkillər palatasına təqdimat vermək üçün tapşırıq verib .

Elman Paşayevlə yanaşı nazirlik vəkil A.Dobrovinskinin də barəsində nizam-intizam işinin açılmasını təklif edib.

Qeyd edək ki, azərbaycanlı vəkil Elman Paşayev bu ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən məşhur aktyor Mixail Yefremovun vəkili olub. A. Dobrovinski isə qarşı tərəfin hüquqlarını müdafiə edib. Məhkəmə aktyor M.Yefremov barəsində 8 il azadlıqdan məhrumetmə cəzası kəsib. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*