Rusiya 2030-cu ilə qədər bir milyon dron mütəxəssisi hazırlamağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin məktəblilərlə söhbəti zamanı deyib.
“2030-cu ilə qədər proqramımız var, biz bu sahədə 1 milyon mütəxəssis hazırlamalıyıq. Bu, hətta hələ ki, kifayət etməyə də bilər”, – Rusiya dövlətinin başçısı bildirib.
O qeyd edib ki, bu sahə çox sürətlə inkişaf edir.
Putin vurğulayıb ki, Rusiyada dronlardan müxtəlif fəaliyyət sahələrində – müdafiə sahəsində, poçt işində, meşə təsərrüfatında istifadə olunur.
Burhan,
KONKRET.az