Rusiya Prezidenti Vladimir Putin bildirib ki, “Telegram”ın yaradıcısı Pavel Durovla Bakıda görüşməyib, lakin uzun illər öncə biznes nümayəndələri ilə görüşlərdən birində onunla şəxsi əlaqə saxlayıb.
KONKRET.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında deyib.