“Rusiya proseslərin 1988-ci il variantına qayıtmasını istəyir” – Moskva görüşü ilə bağlı İLGİNC AÇIQLAMAbackend

"Rusiya proseslərin 1988-ci il variantına qayıtmasını istəyir" - Moskva görüşü ilə bağlı İLGİNC AÇIQLAMA

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskvada keçiriləcək üçtərəfli görüşü demək olar ki, bütün dünyanın diqqət mərkəzindədir. Bu görüşdən gözləntilər çox olsa da, bəzi siyasi analitiklər sülh müqaviləsinin imzalanacağı haqda hələ nikbin proqnoz vermirlər. Lakin Ermənistan müxalifəti və revanşist düşüncəli ermənilər Paşinyanın gizlin hansısa sənədə imza atacağından narahatdırlar. Bəs görəsən, Moskva görüşü hansı müsbət məqamlarla yadda qala bilər? Ümumiyyətlə, Paşinyanın ermənilərin istəyinə zidd olaraq Azərbaycanla hansısa uyğun sazişə qol çəkməsi mümkündürmü?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında keçiriləcək üçtərəfli görüş gərgin, bir o qədər də maraqlı olacaq: “Bu danışıqları ümumi mənada Vaşinqton və Brüssel görüşlərinin növbəti raundu kimi də qiymətləndirmək olar. Liderlərin Vaşinqtonda və Brüsseldə apardığı danışıqları ümumi mənada müsbət adlandırmaq mümkündür. Çünki Qərb Ermənistana və Nikol Paşinyana ciddi mənada təzyiq edir. Qərb yaxşı bilir ki Rusiyanın Cənubi Qafqazda təsirini qırmaq üçün Ermənistan ilə Azərbaycan arasında müharibə bitməli və yekun sülh müqaviləsi imzalanmalıdır. Təsadüfi deyil ki, bir neçə gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatını səsləndirdi”.

Türkiyə seçim qarşısında... - AKP və CHP arasında ağır rəqabət başladı...

“Moskvadakı görüşə gəldikdə, bu, həm müsbət, həm də narahatedici məqmalarla yadda qala bilər. Məslə ondadır ki, iki sənədin imzalanması gözlənilir. Birincisi, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması haqqındakı sənəddir. Prinsip etibarilə, bu sənədlə bağlı danışıqlar bir neçə gündür ki, davam edir. Hər üç ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu Moskvada bu haqda görüşlər keçirib. Sənəddə ətraflı nələrin əks olunduğu tam dəqiq bilinməsə də, bu istiqamətdə bir sənədin imzalanması gözlənilir. Onu da qeyd edim ki, Kreml iki ölkə arasında danışıqları sırf məcburiyyətdən davam edəcək. Bunun xaricində Rusiya indiki məqamda nə sülhün əldə edilməsini, nə də münaqişənin bitməsini istəyir. Rusiya ən yaxşı halda proseslərin 1988-ci il variantına qayıtmasında maraqlıdır”, – deyə politoloq fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*