“Rusiya qadağan olunmuş kimyəvi silahlardan istifadə edir”backend

"Rusiya qadağan olunmuş kimyəvi silahlardan istifadə edir"

Rusiya qonşu Ukrayna ilə bütün cəbhə xətti boyunca gedən döyüşlərdə qadağan olunmuş kimyəvi silahlardan, xüsusən də xloropikrin qazından istifadə edir.

Ukrayna qoşunlarının gücləndirilmiş mövqelərini müdafiə etmək qabiliyyətini zəiflətmək və hətta onları geri çəkilməyə məcbur etmək məqsədi ilə Rusiya bütün cəbhə xətti boyunca gedən döyüşlərdə qadağan olunmuş kimyəi silahlardan, xüsusən də xloropikrin qazından istifadə edir.

KONKRET.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, Rusiya bununla Ukrayna qoşunlarının gücləndirilmiş mövqelərini müdafiə etmək qabiliyyətini zəiflətmək və hətta onları geri çəkilməyə məcbur etmək məqsədi güdür.

“The Wall Street Journal” yazır ki, bu, Amerika və Ukrayna rəsmiləri, həmçinin həkimlər, əsgərlər və beynəlxalq tədqiqatçıların fikridir. Onlar deyirlər ki, Moskva hücumlarını gücləndirdikcə Rusiyanın döyüş meydanında qadağan olunmuş kimyəvi silahdan istifadə etməsi daha tez-tez baş verir.

Kimyəvi silahlar üzrə ekspert və Londondakı “Royal United Services Institute”un tədqiqat mərkəzinin köməkçisi Dan Kaszeta deyir ki, həm də qıcıqlandırıcı rol oynayan xloropikrin insanlar və heyvanlar üçün zəhərlidir. Təsirə məruz qalma dərəcəsindən asılı olaraq, bu qaz dərini yandıra, gözyaşardıcı kanalları qıcıqlandıra və nəfəs almağı çətinləşdirə bilər. Ekspert bildirib ki, bu kimyəvi maddə polis tərəfindən bəzən konvensiya tərəfindən qadağan edilmiş CN və CS kimi tanınan gözyaşardıcı qaz kimi istifadə edilən daha müasir maddələrlə əvəzlənib.

Qeyd edək ki, bu ayın əvvəlində Birləşmiş Ştatlar cəbhədə istifadə edilən kimyəvi silahların yaradılması və tədarükü ilə məşğul olan Rusiya şirkətlərinə və dövlət qurumlarına qarşı sanksiya tətbiq etdiyini elan etdi. Bu zaman xloropikrin xüsusi vurğulandı. Bəzən pestisidlərdə istifadə edilən bu kimyəvi maddə I Dünya Müharibəsi zamanı istifadəyə verilib və Rusiyanın da imzaladığı Kimyəvi Silahlar Konvensiyası ilə döyüşdə istifadəsi qadağan edilib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*