Rusiya qərb sərhədlərini gücləndirir – Şoyqubackend

Rusiya qərb sərhədlərini gücləndirir - Şoyqu

ABŞ və Vaşinqtona müttəfiq ölkələrdən Ukraynaya verilən yüksək dəqiqlikli raketlər və F-16 qırıcılarına cavab olaraq Rusiya qərb sərhədlərini gücləndirir. 

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

“ABŞ və müttəfiqləri Ukraynaya zirehli texnika, hava hücumundan müdafiə sistemləri və yüksək dəqiqlikli raketlər ötürür. Beynəlxalq konvensiyaları pozaraq, Vaşinqton hərbi yardım paketlərinə kasetli sursatlar daxil edib. Biz bu təhdidlərə cavab olaraq müvafiq tədbirlər görür və qərb sərhədlərimizi gücləndiririk”, – Şoyqu bildirib.

Nazir qeyd edib ki, NATO ölkələri Ukrayna ordusunu silahla təmin edir, kəşfiyyat məlumatlarını ötürür.

Onun sözlərinə görə, Qərb Rusiyaya qarşı hərbi-siyasi, hüquqi, iqtisadi və humanitar sahələrdə hibrid müharibəyə başlayıb.

Şoyqu qeyd edib ki, Ukraynaya xərclənən vəsaitin ümumi həcmi təxminən 200 milyard dollara çatıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*