Rusiya sanksiyalardan yayınaraq neftini Avropaya necə satır?backend

Rusiya sanksiyalardan yayınaraq neftini Avropaya necə satır?

Artıq bir neçə həftədir ki, Rusiya neftini daşıyan tankerlər Avropa İttifaqının (Aİ) mövcud sanksiyalarını pozaraq birbaşa Avropa limanlarına xam neft daşıyır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Greenpeace” qeyri-hökumət təşkilatının araşdırmasında bildirilir.

Araşdırmada diqqətə çatdırılır ki, Rusiyanın xam nefti ilə yükləndiyi iddia edilən gəmilər Baltik dənizindəki Rusiya limanlarından çıxaraq birbaşa Aİ limanlarına yollanır. Bunu GPS məlumatları təsdiqləyir.

Peyk məlumatlarına görə, 2024-cü ilin iyul ayından Rusiyanın Primorsk, Ust-Luqa və Qara dənizdəki Novorossiysk neft limanından 15-ə yaxın tanker birbaşa Avropa limanlarına doğru hərəkət edib. Tankerlərin uzunluğu təxminən 250 metrdir və onların hər biri 150 milyon litrdən çox xam neft daşıya bilir.

Qeyd edək ki, Rusiya neftinin Aİ-yə tədarükü 2023-cü ilin martından qadağan edilib. Daşınmalarda əsasən Yunanıstan gəmiçilik şirkətlərinin gəmiləri iştirak edirdi, onların bəziləri Rusiyanın “kölgə donanması” adlandırılır. Bu tankerlər Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdə şübhəli bilinir.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*