Rusiya “Sarmat”dan istifadə edəcəkbackend

Rusiya "Sarmat"dan istifadə edəcək

Rusiyanın qitələrarası ballistik RS-28 “Sarmat” strateji raket sistemi döyüş növbətçiliyinə verilib.

KONKRET.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Roskosmos” dövlət korporasiyasının baş direktoru Yuri Borisov bildirib.

Xatırladaq ki, “Sarmat” kompleksi Sovet R-36M2 Voevoda raketlərini əvəz etmək üçün nəzərdə tutulub. İlk uğurlu raket buraxılışı 2022-ci ilin aprelində baş tutub.

Üç ay əvvəl hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Litovkin kompleks haqqında demişdi ki, çəkisi 210 ton olan “Sarmat” hədəfə ondan çox döyüş başlığı daşıya bilər. Onun sözlərinə görə, raket həm Şimaldan, həm də Cənub qütbündən hədəfə uçmaq qabiliyyətinə malikdir. Rusiya Prezidenti Vladimir Putin də “Sarmat”ın taktiki imkanlarına güvənərək strateji raket sistemlərinin düşmənə ağır zərbə vuracağını deyib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*