Rusiya sərhədçiləri Azərbaycan yük maşınlarını Belarusa BURAXDI – RƏSMİ AÇIQLAMAbackend

Rusiya sərhədçiləri Azərbaycan yük maşınlarını Belarusa BURAXDI - RƏSMİ AÇIQLAMA

Azərbaycan daşıyıcılarına məxsus 8 nəqliyyat vasitəsi sərhəddən Belarusa buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”un Azərbaycan yük maşınlarının Rusiya sərhədçiləri tərəfindən Belarusa buraxılmaması iddiaları ilə bağlı sorğusuna cavab cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“Rusiya-Belarus dövlət sərhədində Azərbaycan yük maşınlarının sərhəd keçid məntəqəsində saxlanılması ilə bağlı daşıyıcılar və ya sürücülər tərəfindən AYNA-ya rəsmi müraciət daxil olmayıb.

Sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı vəziyyəti aydınlaşdırmaq üçün AYNA tərəfindən araşdırma aparılıb. Məlum olub ki, Azərbaycan daşıyıcılarına məxsus 8 nəqliyyat vasitəsi sərhədi yüksüz keçmək istədiyi üçün saxlanılıb. Onlardan yüklənmə məntəqəsini göstərən sənədlər tələb edilib. Tələb olunan bütün sənədlər təqdim edilib və yük maşınları sərhəddən buraxılıb. Artıq nəqliyyat vasitələri Belarus ərazisindədir”, – qurumdan bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*