“Rusiya sülhməramlıları missiyalarına tam əməl etmir” – Erməni tələbələrbackend

"Rusiya sülhməramlıları missiyalarına tam əməl etmir" - Erməni tələbələr

“Rusiya sülhməramlıları 9 noyabr bəyanatının müddəalarına tam əməl etmir”.

KONKRET.az xəbər verir ki, dekabrın 19-da İrəvanda hökumət binası qarşısında tələbələr etiraz aksiyası keçirib.

Tələbə Anna Darbinyan jurnalistlərlə söhbətində deyib ki, Rusiya sülhməramlıları missiyalarını yerinə yetirmir.

“Biz gözləyirik ki, BMT Təhlükəsizlik Şurası Qarabağda müşahidə missiyası yerləşdirsin.

Rusiya öz funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiyi üçün biz artıq BMT Təhlükəsizlik Şurasına müraciət etmək məcburiyyətindəyik”, – Darbinyan deyib.

Tələbələr Ermənistan hökumətinin nümayəndəsinə tələb məktubu veriblər.

Darbinyan tələb məktubunun Ermənistan Xarici İşlər Nazirliyi də daxil olmaqla bir neçə idarəyə göndərildiyini bildirib.

“Bu gün heç bir cavab olmayacaq, biz gözləyəcəyik və bugünkü etiraz aksiyasını başa çatdıracağıq”, – o deyib.

Digər tələbə Qurgen Danielyan da Rusiya sülhməramlılarının 9 noyabr bəyanatının müddəalarına tam əməl etməməsi fikrini səsləndirib.

O, hökumətin tələbələrin məktubuna 1-2 həftə ərzində cavab verəcəyini gözləyir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*