Vladimir Putinə bu gün keçirdiyi ilin yekunlarına dair mətbuat konfransında Rusiya sülhməramlılarının Dnestryanıdan nə vaxt çıxacağı ilə bağlı sual ünvanlanıb.
KONKRET.az xəbər verir ki, Putin bu məsələdə özlərinin də maraqlı olduğunu bildirib.
“O ki, qaldı Moldovaya, biz Dnestryanıdan Rusiya sülhməramlıları qüvvələrini çıxarmağın tərəfdarıyıq. Bunun üçün şəraitin yaranmasını gözləyirik. Şərait yaranan kimi bu addım atılacaq. Biz keçmiş prezident Voroninlə bu barədə anlaşmışdıq. Lakin bu, baş vermədi. İndi prezident Maya Sandu deyir ki, Rusiya sülhməramlıları Dnestryanıdan çıxarılmalıdır. Sandu Rumıniya vətəndaşıdır. Qərb ölkələri də Rusiya sülhməramlılarının Dnestryanıdan çıxarılmalı olduğunu deyirlər”.