“Rusiya sülhməramlı qüvvələri Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantıdır”.
KONKRET.az xəbər verir ki, bunu parlamentin xarici əlaqələr daimi komissiyasının sədri, hakim partiyadan olan deputat Eduard Ağacanyan deyib.
“Məhz indiki hökumətin dövründə Qarabağ son 30 ildə almadığı qədər büdcə yardımı alıb.
İkinci Qarabağ müharibəsinin nəticələrinə görə Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonası müəyyən edilib.
Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı və cavabdeh olan əsas qurum Rusiya sülhməramlı qüvvələridir”, – deyə komissiya rəhbəri bildirib.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclasında Azərbaycanın Parlamentinin 8 noyabr 2022-ci il tarixli bəyanatına cavab olaraq bəyanat qəbul edilib.
Xuraman Etibarlı,
KONKRET.az