“Rusiya sülhməramlıları “yuxarıdan” əmr gözləyir” – “Hraparak”backend

"Rusiya sülhməramlıları "yuxarıdan" əmr gözləyir" - "Hraparak"

“Rusiya sülhməramlıları “yuxarıdan” əmr gözləyir”.

KONKRET.az xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti məlumat yayıb.

“Maraqlıdır ki, əvvəlki günlərdən fərqli olaraq, azərbaycanlılarla danışıqlara Qarabağ nümayəndələri də cəlb olundu. Lakin sülhməramlıların komandiri Volkov Qarabağ tərəfinin iştirakını qəti şəkildə rədd etdi.

“Deputatlar”a hadisə baş verən yerə yaxınlaşmağa belə imkan verilməyib, onlar iki saatdan çox “əsir götürülüb”.

Rusiya sülhməramlıları dedilər ki, (separatçılarla – red.) danışıqlardan söhbət gedə bilməz. Bu, həm də azərbaycanlıların tələbidir.

Sülhməramlılar bildiriblər ki, problem siyasi həll tələb edir və azərbaycanlıları ərazidən çıxarmaq üçün güc tətbiq etmək fikrində deyillər. Onlar “yuxarıdan” göstəriş alandan sonra nə edəcəklərinə qərar verəcəklər”, – deyə qəzet yazır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*