Rusiya sülhməramlılarının komandanı: “Azərbaycan giriş postunda mini gömrük postu quraşdıraq”backend

Rusiya sülhməramlılarının komandanı: "Azərbaycan giriş postunda mini gömrük postu quraşdıraq"

Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, giriş postunda mini gömrük postu quraşdıraq.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, girişdəki nəzarət-buraxılış məntəqəsinə müasir avadanlıqlar gətirmək barədə razılıq əldə olunub.

“Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər”, – Volkov vurğulayıb.

Volkov qeyd edib ki, belə olan halda işin effektivliyini artıracaqlar və hər hansı qadağan edilmiş yüklərin daşınmamasına zəmanət təmin olunacaq.

  • Namiq
    Dekabr 5, 2022 - 23:09

    mini gömrük postuna kim nəzarət və rəhbərlik edəcək ? əgər həmin posta da erməniməramlılar nəzarət edəcəksə vay halımıza

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*