“Rusiya susur, ABŞ və Fransa isə “Artsax”ın müdafiəsinə qalxıb” – Ermənilər ÜMİD AXTARIR – ŞƏRHbackend

“Rusiya susur, ABŞ və Fransa isə “Artsax”ın müdafiəsinə qalxıb” – Ermənilər ÜMİD AXTARIR - ŞƏRH

“Sülhməramlıların komandiri general-mayor Volkov rus əsgər və zabitinin şərəfini qorumağa borclu idi. Amma bunu etmədi. Həm də ona görə ki, Rusiya prezidenti Vladimir Putin belə bir əmr vermədi. Qərb mətbuatının yazdığına görə, Putin hazırda ümumiyyətlə ağlını itirib. Bu yaxınlarda pilləkənlərdən yıxılıb”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Ambartsum K. adlı erməni analitikin məqaləsində yer alıb. Ermənilər Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dinc aksiyasından o qədər hiddətləniblər ki, hirslərini yenə Moskvadan çıxmaqla sakitləşmək istəyirlər. Bir sözlə, biz ermənilərə və onların havadarlarına yenə “od qoymuşuq”.

Erməni analitik fikirlərini belə davam etdirib: “Ankarada və Bakıda bunu (guya Putinin ağlını itirdiyini – red) hamı bilir. Ona görə də özlərinə belə aparırlar. Hətta Türkiyənin xarici işlər naziri Çavuşoğlu da, “bu ədalətli mübarizədə Azərbaycanı dəstəklədiklərini”  açıq şəkildə bəyan edir. Ermənistanı isə mümkün qədər tez sülh sazişi imzalamağa səsləyir”.

HAŞİYƏ: Hazırda Ermənistanda mövcud vəziyyət Xankəndidə qalan separatçılarınkından daha pisdir. Ona görə də, hər bir məsələdə İrəvanı vecinə almayan Putini ittiham etmək dəb halını alıb. Ancaq ermənilər bilməlidir ki, Putinin ağlının itib-itmədiyi məsələnin mahiyyətini dəyişmir. Azərbaycan hər bir halda öz suveren hüquqlarını qorumaq əzmindədir və buna nəinki Kreml, heç Paşinyanın “bacısı” Makron da mane ola bilməz.  

“Kimlə sülh müqaviləsi bağlamalıyıq? Bizə qarşı nifrətini gizlətməyənlərlə?! Bu mümkün deyil! Hazırda Rusiya Türkiyə və Azərbaycanla daha çox yaxındır. Ona görə də, Rusiya susur, ABŞ və Fransa isə “Artsax”ın müdafiəsinə qalxıb” – deyə erməni analitik fikirlərini tamamlayıb.

HAŞİYƏ: Birincisi, “Türk bizim düşmənimizdir” nifrəti ilə körpəlikdən məhz erməni uşaqları tərbiyə olunur. İkincisi Rusiyanın tarix boyu Azərbaycana və Türkiyəyə qarşı siyasət apardığını, Ermənistanı isə öz vassalı kimi hər zaman müdafiə etdiyini bütün dünya yaxşı bilir. Üçüncüsü, sülh müqaviləsini imzalamaq Azərbaycandan daha çox məhz Ermənistanın özünə lazımdır. Çünki dığaların gələcəyi bundan birbaşa asılıdır. Özünü  dünyaya demokratiya carçısı kimi sırıyan ABŞ və Fransanın mövqeyinə gəlincə, bu, Azərbaycanı öz haqq yolundan heç vaxt döndərə bilməz. Bu dövlətlərin “demokratiyası” isə öz maraqları başladığı nöqtədə bitir.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*