RUSİYA TALEYÜKLÜ QƏRAR QƏBUL ETDİ – ABŞ-da panika başlanacaq!backend

RUSİYA TALEYÜKLÜ QƏRAR QƏBUL ETDİ – ABŞ-da panika başlanacaq!

“Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sesiyası zamanı Rusiya prezidenti Vladimir Putin mühüm bəyanat səsləndirib. O, bildirib ki, əgər Amerika Birləşmiş Ştatlarının (ABŞ) yerüstü raketləri Asiyada peyda olsa, o zaman Rusiyanın «güzgü cavabı» özünü çox gözlətməyəcək.

Putin qeyd edib ki, artıq orta və qısa mənzilli raketlərin ləğvi barədə Müqavilədən (OQMRLM) çıxandan dərhal sonra, Birləşmiş Ştatların diqqətini dəfələrlə bu məsələyə yönəltməyə çalışıb.

“Beş dəfə dedim. Heç kim reaksiya vermir. Nə ABŞ, nə də Avropa. Sanki kar olublar, eşitmirlər” – prezident əlavə edib. Görünür ki, Kremlin səbri sona yetir. Ancaq şübhə yoxdur ki, Vaşinqton praktikada istənilən üsullarla Asiya bölgəsini silahla doldurmaqda davam edəcək.

Putinin belə ciddiliyi üçün yetərincə əsas var. Belə ki, Asiyada Amerika raketlərinin peyda olması təkcə Çin Xalq Respublikasına (ÇXR) yox, həm də Rusiya üçün təhlükə olacaq. Buna baxmayaraq, Moskva ümid edir ki, hələ hər şey sona qədər təsdiqlənməyib və vəziyyətin diplomatik yolla həlli imkanları qalır.

Hər necədirsə, həmin «güzgü cavab»ın işlənib hazırlanması prosesi tam sürətilə gedir və Putin bu barədə «Valday»da bəyan edib. Rusiya prezidenti bildirib ki, ölkəsi raket zərbəsi barədə xəbərdarlıq sisteminin yaradılması məsələsində Çinə kömək edir. Belə sistem bu gün təkcə ABŞ və Rusiyada mövcuddur, ancaq Moskva və Pekinin birgə fəaliyyəti sayəsində, tezliklə ÇXR-də də belə sistem araya gələcək. Beləliklə, Birləşmiş Ştatların özünü həyasız aparacağı təqdirdə, Rusiya sakitcə özünün müdafiəsinin ikili sərhədini yarada bilər.

Rusiya prezideni ayrıca qeyd edib ki, Moskva kimi isə qıcıqlandırmaq məqsədilə birgə fəaliyyət göstərmək niyyətində deyil və istisnasız olaraq, özünün və həmkarlarının maraqlarına istiqamətlənib. Ona görə də Rusiya Çinin müdafiə qüdrətinin yüksəlməsinə açıq şəkildə dəstək verməyə hazırdır. Rusiya liderinin sözlərinə görə, heç kim bunu gizlətmək niyyətində deyil. Belə ki, “bütün bunlar tezliklə aydın olacaq”.

Ekspertlər ehtimal edirlər ki, Putin taleyüklü bəyanat səsləndirib. Nə yazıq ki, dünya KİV-ləri hələlik buna lazımınca diqqət yetirmirlər. Ancaq düşünməyə dəyərdi ki, prezidentin sözləri gerçək “informasiya bombası” oldu və çox tezliklə partlayacaq.

Hazırladı: Mirzə AĞ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*