Rusiya televiziyasında Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası – VİDEObackend

Rusiya televiziyasında Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası - VİDEO

Rusiyada ermənipərəst dairələr Azərbaycan qarşı öz mövqelərini bəzi televiziyalar vasitəsilə biruzə verirlər.

Rusiyanın “Pervıy” kanalının aparıcısı xəbərlərin təqdimatında bildirib ki, Azərbaycan tərəfi Qarabağda atəşkəsi pozub.

Halbuki aparıcı heç bir əsası olmadan bu fikri səsləndirib. Çünki efirə təqdim olunan süjetdə Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov açıqlamasında Qarabağda atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu bildirmir. Həmçinin, süjetdə danışan ermənilər də Azərbaycana qarşı belə bir ittiham səsləndirməyiblər.

Görünən odur ki, Rusiyanın televiziya kanalı Azərbaycan qarşı növbəti qarayaxma kampaniyasını həyata keçirib./oxu.az/

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*