“Rusiya ABŞ-nin terroru himayə edən ölkələr siyahısına daxil edilməyəcək, çünki terrorizm təcavüzə bərabər deyil”.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinken Nümayəndələr Palatasının Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
Onun sözlərinə görə, Rusiyanın terrorizmin sponsoru kimi tanınması onun dondurulmuş suveren aktivlərinin Ukraynaya dəymiş ziyanı bərpa etmək üçün istifadə olunmasına mane ola bilər.
“ABŞ niyə hələ də Rusiyanı terroru himayə edən ölkələr siyahısına daxil etməyib?”sualına dövlət katibi belə cavab verib: “Təcavüz terror deyil, iki fərqli şeydir”.
O, qeyd edib ki, ABŞ artıq Rusiyaya qarşı məhdudiyyətlər qoymaq üçün kifayət qədər səlahiyyətlərə malikdir.
Xatirə SADİQ,
KONKRET.az