“Rusiya “terrorun sponsoru” kimi tanınsın!”backend

"Rusiya “terrorun sponsoru” kimi tanınsın!"

Amerikalı senatorlar Lindsey Qrehem və Riçard Blumental Rusiyanın “terrorizmə dəstək verən sponsor” kimi tanınması üçün ikitərəfli qanun layihəsi təqdim ediblər,.

KONKRET.az xəbər verir ki, Amerika qanunlarına görə, Kuba, İran, Şimali Koreya və Suriya terrorizmin himayədarları sayılır.

“Putinin Rusiyası terrorizmin dövlət himayədarıdır və bunu qanun çərçivəsində rəsmən tanımağın çoxdan vaxtıdır”, – Respublikaçı Qrehem bəyanatında bildirib.

Demokratlardan olan Blumental açıqlamasında bildirib ki, Rusiya kənarda qalanlar klubunda öz yerini çoxdan “qazanıb”. “Rusiyanın terrorizmin himayədarı kimi təyin edilməsi ABŞ-a Putinin vəhşiliyi və onun azadlıq və demokratiya üçün yaratdığı təhlükə ilə daha aqressiv mübarizə aparmağa imkan verəcək”, – deyə senator Blumental bildirib.

Rusiya Federasiyasının terrorizmin dövlət himayədarı kimi tanınması ilə bağlı qanun layihəsinin ikinci dərəcəli təsiri olacaq, o cümlədən Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı sanksiyalar və Rusiyaya ixracına icazə verilməyən ikili təyinatlı malların siyahısını genişləndirəcək.

Rusiyanı rəsmi olaraq “terrorçu dövlət” elan edən ilk ölkə Litva olub. Daha sonra 2022-ci ildə Ukrayna, Latviya, Estoniya, Çexiya, Hollandiya, Polşa, 2023-cü ilin fevralında isə Slovakiya oxşar bəyanatlar verib.

2022-ci il noyabrın 23-də Avropa Parlamenti 705 səsdən 494 səslə Rusiyanı “terrorun sponsoru olan dövlət” və “terror üsullarından istifadə edən dövlət” kimi tanıyan qətnamə qəbul edib. Eyni zamanda, 2022-ci ilin payızında Avropa Şurası Parlament Assambleyası, NATO Parlament Assambleyası, 2023-cü ilin yayında isə ATƏT Parlament Assambleyası tərəfindən oxşar qərarlar qəbul edilib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*