Rusiya Türkiyədən narıngi idxalını QADAĞAN ETDİbackend

Rusiya Türkiyədən narıngi idxalını QADAĞAN ETDİ

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) göstərişi ilə Türkiyədən Rusiyaya naringi idxalı müvəqqəti olaraq dayandırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə oktyabrın 28-də idarədən məlumat verilib.

Məlumata görə, idxal olunan meyvələrdə konsentrasiyası icazə verilən maksimum həddən artıq olan “Xlorpirifos” pestisidi aşkar edilib. “Rospotrebnadzor” kütləvi zəhərlənmənin qarşısını almaq üçün oktyabrın 29-dan növbəti bildirişə qədər bu məhsulların idxalını müvəqqəti qadağan etmək qərarına gəlib.

Oktyabrın əvvəlində xidmət təhlükəli maddələr barədə xəbərdarlıq sistemlərindən gələn siqnallar əsasında idxal olunan 14 növ məhsulun dövriyyəsinə nəzarəti gücləndirib. Bu məhsulların siyahısına Gürcüstandan fındıq, Türkiyədən limonu, Misirdən portağal, Hindistandan buğda, Belçikadan yumşaq orqanik kərə yağı və Çindən armud daxildir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*