Böyük tarixi hadisələrin yaşandığı bu günlərdə bəlkə də ictimai-siyasi prosesləri diqqətlə izləmək, hövlnak nəticələr çıxarmamaq lazımdır. İndi nəyi necə və nə vaxt etməyi dəqiqliklə bilən Azərbaycan Prezidenti və Sərkərdəsi, onun əmrlərini göz qırpımında, cəsur ürək və dəmir yumruqla yerinə yetirən Azərbaycan əsgəri var.
Amma sən saydığını say, gör Rusiyanın kütləvi informasiya vasitələri, xüsusilə də “Первый” və “Россия” telekanalları nə “sayır”. Bu kanalların ictimai-siyasi mahiyyətli tok-şoularına baxanda 1988-ci ildən başlayan erməni fəlakəti zamanı tarixçi alimlərimizin, ziyalılarımızın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənipərəst ruslarla müzakirələrdən sonra “ovuc dolu dərman qəbul edirik” kimi açıqlamaları yada düşür.
Əslində, 44 günlük Vətən savaşının nəticəsində əldə etdiyimiz qalibiyyətdən sonra artıq rus aparıcılarının nə söylədikləri vecimizə olmamalıdır. Çünki cəngavərlərimiz ermənilərin cavabını döyüş meydanında artıqlaması ilə verib. Lakin bu başabəla, vücudları qara qəpiklik belə olmayanların Azərbaycanın və Türkiyənin ünvanına ağlasığmaz iftiralar söyləməsi, xalqımızı hədələməsi bütün əndazələri keçir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə atəşkəs razılaşmasının həyata keçirilməsini müşahidə etmək və prosesə nəzarət etmək üçün bölgədə yaradılacaq sülhməramlı missiyada Rusiya ilə birlikdə rol alacaq” açıqlamasına “Vremya pokajet” proqramının 12 noyabr buraxılışında “it hürər, karvan keçər” sözləri ilə reaksiya verən aparıcı Anatoli Kuziçev kimi.
Dünən həmin proqramda qonaq qismində iştirak edən “Первый” kanalının sabiq aparıcısı, hazırda Qosudarstvennaya Duma sədrinin müavini Pyotr Tolstoy isə həddini aşaraq Azərbaycan dövlətini hədələdi. “Rusiya helikopterinə, rus hərbçisinə atəş açmaq nədir, onlara göstərəcəyik”, “paytaxtında daşı daş üstə qoymarıq”, “bunun cavabını hələ qarşıda görəcəklər” ifadələri ilə xalqımızı və dövlətimizi təhdid etməsi artıq faşizmin efirdən təbliğ olunması və dövlətlərarası münasibətə böyük zərbə vurmaqdır.
Bu məsələyə Azərbaycanın və Türkiyənin Rusiyadakı səfirliklərinin müdaxiləsi mütləq tələb olunur. Türkiyənin bütün dünyada böyük nüfuza malik dövlət başçısını təhqir edən, Azərbaycanı təhdid edən siyasət fırıldaqçılarının cavabı məhkəmədə verilməlidir. Və onlardan, eləcə də “Первый” kanalından təkcə Türkiyədən və Azərbaycandan üzr istənilməsi deyil, həm də yüksək məbləğdə təzminat tələb olunmalıdır. Onları elə məhkəmə çəkişməsinə cəlb etmək lazımdır ki, bir də hansısa rus kanalı Azərbaycan və Türkiyə adını çəkəndə yüz dəfə ölçüb-biçməli olsun. Prezidentimiz demişkən, “Siz kimsiniz, gedin güzgüyə baxın!”.
“Первый” və “Россия” kanallarının dövlət büdcəsindən asılılığını nəzərə alsaq, Rusiya tərəfinin söz və ifadə azadlığını bəhanə gətirməsinə də yer qalmır. Bundan başqa, Azərbaycan tərəfi hansısa rus telekanalının, məsələn “РенTВ“nin süjetlərində Arayik Arutunyanı Dağlıq Qarabağın prezidenti adlandırmasının hüquqi yolla qarşısının alınması barədə də düşünməlidir. Əks halda, hüquqi mexanizmlərə əl atılmalıdır. Təbii ki, Rusiyadakı səfirliyimiz öncə bütün KİV-lərə xəbərdarlığını etməlidir.
Təzminat məsələsi isə hər kəsin yuxusunu qaçırır. Hazırda bu məsələ faşist mahiyyətli Ermənistanı qarışdırıb. Azərbaycana qarşı törətdiklərinin bədəlini ermənilər təkcə işğal etdikləri torpaqlarımızı tərk etməklə deyil, həm də Azərbaycana böyük məbləğdə təzminat ödəməklə verəcəklər. Ermənistanın keçmiş Baş prokuroru və respublikanın Avropa İnsan Haqları Məhkəməsində sabiq nümayəndəsi Gevork Kostanyanın “Artıq Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağla əlaqədar bağladığı üçtərəfli razılaşmaya görə, İrəvanın üzərinə gələcək nəsillərin belə ödəməli olacağı 50 milyard dollardan (85 mlrd. AZN) çox öhdəlik qoyulub” açıqlaması buna kiçik misaldır. Bu, hələ Qarabağ və ətraf yeddi rayonda maddi ziyanla bağlı tələb olunan təzminatdır. Xocalı soyqırımı, 12 iyul Tovuz hadisələri, sentyabrın 27-dən sonra Azərbaycan şəhər və kəndlərinin “Stalinqrada çevrilməsi”, Gəncə və Bərdə terrorları buraya daxil deyil.
Odur ki, indiyədək xalqımızın əsəbləri ilə oynayan Rusiya TV-lərini məhşər ayağına çəkməyin vaxtı gəlib…
Xatirə SADİQ,
konkret.az
Fikir vermeyin. Boyuk olun. Her sey bizim xeyrimizedi. O verlislere baxmaga ehtiyac yoxdu. Birldeki fuad muellim nahaq olar an elaqe yaradir.. Fuad abasovu deyirem. Ora temkinli ve boyuk dunyagoruslu Adam lazimdir.. Bizim meshur detevtiv kimi
Düzdü hər dəfə Rus kanallarının bir erməni pərəst jurnalistlərinə baxanda əsəb oluruq.. Yəni bunlar bu qədər kordularki olanları anlaya bilmirlər.. Qarabağ Azərbaycanın ərazisidir deyə öz prezidentləridə çıxış edir yenə də bunlar öz bildiklərini deyirlər… Elə çox sevirlər erməniləri qoy öz dövlətlərində yerləşdirsinlər..Bunları qıcıqlandıran Türkiyənin bizə dəstək olmasıdı .. Ona da tezliklə alışarlar yəqin.