Rusiya üçün 20 ildən sonra çətin dövr başlayacaq: Moskvanı 2045-ci ildə nələr gözləyir? – AÇIQLAMAbackend

Rusiya üçün 20 ildən sonra çətin dövr başlayacaq: Moskvanı 2045-ci ildə nələr gözləyir? - AÇIQLAMA

“Şimal axını-2” qaz kəmərinin tikintisi başa çatdı. Rusiya sahillərindən Baltik dənizinin dibi ilə Almaniyaya qədər uzanan boru kəmərinə gələn aydan qaz doldurulacaq. Boru kəmərinin illik nəql gücü 55 milyard kubametr qazdır.

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. O Rusiyanın taktiki qələbə çaldığını qeyd edib: “Birincisi, Vaşinqtonun boru kəmərinə qarşı müqaviməti nəticə vermədi və ABŞ prezidenti Co Bayden etiraf etdi ki, tikintisi başa çatmaqda olan layihənin qarşısını ala bilməyəcəklər. İkincisi, Avoparadakı ekoloqların “yeni boru kəməri ətraf üçün təhlükə mənbəyidir” tipli eitazlarını eşidən olmadı. Üçüncüsü, Rusiya Ukraynadan yan keçən boru kəməri ilə Avropaya qaz nəql edəcək. Doğrudur, Moskva Berlinə vəd verib ki, Ukraynadan keçən boru kəmərindən də istifadə ediləcək. Ancaq Moskvanın vədinə inanmağın yanlış olduğunu elə Ukraynada yaxşı bilirlər. Moskva vədlərə, sazişlərə uyğun siyasət yürütsəydi, o zaman 1994-cü ildə Budapeştdə imzalanan sazişə zidd olaraq Ukraynanı parçalamaz və Krımı ilhaq etməzdi”.

Oxu.az - Elxan Şahinoğlu: “Ermənilərlə toqquşma olacaq, ordumuz antiterror  əməliyyatı keçirəcək” - VİDEO

Politoloq əlavə edib ki, Moskva boru kəmərinin tikintisinin başa çatdırdığına və müxtəlif istiqamətlərdən gələn təzyiqləri neytrallaşdırdığına görə sevinir: “Ancaq Kremlin Rusiyanın gələcəyini düşünməsində fayda var. Rusiyanın Avropada əsas qaz alıcısı Almaniyadır. Bu ölkənin kansleri Angella Merkel isə bəyan edib ki, 20 ildən sonra Almaniya Rusiyadan daha qaz almayacaq və nə “Şimal axını” marşrutuna, nə də Ukraynadan keçən boru xəttinə ehtiyac duyacaq. Berlin 2045-ci ildən yaşıl enerjiyə keçidi tamamlayacaq. Əlbəttə, Moskva 20 il üçün rahatlığını qoruya bilər, ancaq sonrakı illərdə mürəkkəb dövr başlayacaq. Rusiyanın 20 il ərzində enerji daşıyıcılarından qurtulacağını gözləmək əbəsdir, neft və qaz satışından asılı olan ölkənin alternativ iqtisadiyyat yaradacağına heç özləri də inanmırlar”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*