Rusiya UEFA Superkuboku matçından məhrum ediləcəkbackend

Rusiya UEFA Superkuboku matçından məhrum ediləcək

Rusiya 2023-cü ildə UEFA Superkuboku uğrunda oyuna ev sahibliyi etmək hüququndan məhrum ediləcək.

KONKRET.az xəbər verir ki, oyun avqustda Kazandakı “Ak Bars Arena” stadionunda keçirilməlidir. Matçın məkanı 2020-ci ildə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi tərəfindən seçilib.

Qeyd olunur ki, qurum hazırda matçın başqa məkanda keçirilməsi variantlarını axtarır.

Xatırladaq ki, bundan əvvəl UEFA Sankt-Peterburq şəhərini 2022-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək hüququndan məhrum edib. Əsas avrokubokların həlledici matçı Parisdə baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*