“Rusiya-Ukrayna müharibəsinin davam etməsi ABŞ-ni çökdürəcək”.
KONKRET.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Türkiyənin Vətən partiyasının sədri Doğu Perinçek deyib.
O bildirib ki, Birləşmiş Ştatların iqtisadiyyatı uzun müddət müharibəyə tab gətirə bilməz.
Siyasətçi həmçinin vurğulayıb ki, Qərb münaqişənin bitməsini istəmir.
Məlik,
KONKRET.az