Rusiya Ukraynadan oğurladığı buğdanı bu ölkəyə satdıbackend

Rusiya Ukraynadan oğurladığı buğdanı bu ölkəyə satdı

Ukraynanın Beyrutdakı səfirliyi Rusiyanın Ukraynadan oğurladığı 100 min ton buğdanı Suriyaya satdığını bildirib.

KONKRET.az-ın məlumatına görə, səfirlikdən Reuters-ə bildiriblər ki, “Matros Poziniç” gəmisi mayın 19-da Sevastopol limanında buğda ilə yüklənib və Suriyaya göndərilib. Mayın 29-da Planet Labs PBC tərəfindən çəkilmiş peyk görüntüləri eyni gəminin Latakiyada yanaşdığını göstərir.

Qeyd olunur ki, “Matros Poziniç” gəmisindəki taxıl rus qoşunları tərəfindən işğal olunmuş ərazilərdəki Ukrayna anbarlarından oğurlanıb. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*