Rusiya müharibənin 1238-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 69 593 PUA-sı, 618 zenit-raket kompleksi, 24 220 tank və digər zirehli texnikası, 1 577 reaktiv yaylım atəş sistemi, 27 394 artilleriya və minaatanı, 38 192 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.