Rusiya müharibənin 1204-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 62 845 PUA-sı, 611 zenit-raket kompleksi, 23 860 tank və digər zirehli texnikası, 1 572 reaktiv yaylım atəş sistemi, 26 038 artilleriya və minaatanı, 36 726 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.