Rusiya müharibənin 1346-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 93 879 PUA-sı, 633 zenit-raket kompleksi, 25 773 tank və digər zirehli texnikası, 1 608 reaktiv yaylım atəş sistemi, 30 943 artilleriya və minaatanı, 45 383 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

