Rusiya müharibənin 1216-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 64 969 PUA-sı, 611 zenit-raket kompleksi, 24 016 tank və digər zirehli texnikası, 1 572 reaktiv yaylım atəş sistemi, 26 531 artilleriya və minaatanı, 37 184 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.