Rusiya və Almaniya liderləri arasında telefon danışığı baş tuta bilərbackend

Rusiya və Almaniya liderləri arasında telefon danışığı baş tuta bilər

Yaxın vaxtlarda Almaniya kansleri Olaf Şoltsla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tuta bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti diplomatik mənbələrdən məlumat əldə edib.

Bildirilib ki, sözügedən təşəbbüs kansler tərəfindən irəli sürülüb. Qeyd olunub ki, ölkə liderləri arasında telefon danışıqları gələn ay Braziliyada keçiriləcək G20 sammiti öncəsi baş tutmalıdır.

Liderlər arasında danışıq baş tutarsa, Solts 1.5 ildən sonra Putinlə danışan ilk Qərb lideri olacaq.

Daha əvvəl mediada kanslerin Ukrayna münaqişəsinin həllinə dair planının olduğuna dair xəbər yayılmışdı. İddia olunur ki, planda rəsmi Berlin Rusiyanın hazırda işğal etdiyi torpaqları onların ərazisi kimi tanıyacağına aid bənd də var.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*