Rusiya və Ermənistan Baş Qərargah rəisləri görüşdülərbackend

Rusiya və Ermənistan Baş Qərargah rəisləri görüşdülər

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Moskvada ermənistanlı həmkarı Artak Davtyanla görüşüb.

KONKRET.az xəbər verir ki, danışıqlar nümayəndə heyətləri səviyyəsində keçirilib. Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığına dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, bu, Rusiya və Ermənistan Baş Qərargah rəislərinin aprel ayı ərzində ikinci görüşüdür. Buna qədər onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclası çərçivəsində görüşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*