Rusiya və Ermənistan XİN rəsmiləri nələri müzakirə etdi – DETALLARbackend

Rusiya və Ermənistan XİN rəsmiləri nələri müzakirə etdi - DETALLAR

Rusiya Federasiyası və Ermənistan xarici işlər nazirlərinin müavinləri Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini müzakirə ediblər.

KONKRET.az bu barədə erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, Mixail Qaluzin və Vahe Gevorkyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzərində işin gedişatını təhlil edərək, normallaşmanın bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Görüş zamanı diplomatlar Laçın yolunda və bütövlükdə Qarabağ ətrafındakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*