Bu ilin ilk üç ayında 106 mindən çox əcnəbi Rusiya vətəndaşlığını qəbul edib ki, bu da bir il əvvəlkindən 35 min nəfər azdır.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Daxili İşlər Nazirliyinin 2023-cü ilin yanvar-mart ayları ərzində miqrasiya vəziyyəti ilə bağlı statistikasına əsasən, Tacikistan sakinləri daha çox Rusiya vətəndaşlığını alıblar.
Məlumata görə, 2023-cü ilin üç ayında Rusiya vətəndaşlığının alınması ilə bağlı 44,9 min tacikistanlı barədə qərar qəbul edilib. Bu, qeyd olunan dövr üçün ən yüksək göstərici olub.
Qeyd olunub ki, ikinci və üçüncü yerləri Ukrayna (22 min) və Ermənistan (8,9 min) vətəndaşları tutur.
İlk onluğa Qazaxıstan (6,9 min), Qırğızıstan (5,4 min), Özbəkistan (4,7 min), Azərbaycan (3,7 min), Moldova (3,1 min), Belarus (2,4 min) və Türkmənistan (912 nəfər) vətəndaşları daxil olub.
İqbal Rzayev,
KONKRET.az
Sanadlarmi barpa eda bilmiram, Sarhad acmag lazimdir canab Prizdent