Rusiya XİN: “Moskvanın iştirakı olmadan taxıl sövdələşməsi mümkün deyil”backend

Rusiya XİN: "Moskvanın iştirakı olmadan taxıl sövdələşməsi mümkün deyil"

“Taxıl Sazişi”nin bərpası Moskvanın iştirakı olmadan mümkün deyil”.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

Onun sözlərinə görə, taxıl müqaviləsinin Rusiyanın tələblərinə cavab vermədən həyata keçirilməsi məntiqli deyil.

Xatırladaq ki, “Taxıl Sazişi”nin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində deyil. Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Qərbi taxıl sövdələşməsində varlanmaqda ittiham edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*