Rusiya Xümsü bombaladı: Putin “son cəhdini” edirbackend

Rusiya Xümsü bombaladı: Putin “son cəhdini” edir

Suriya Hərbi Hava Qüvvələri və Rusiya Aerokosmik Qüvvələrinə məxsus təyyarələr Xüms əyalətində “Heyət Təhrir əş-Şam” qüvvələrinə zərbələr endirib.

KONKRET.az xəbər verir ki, belə bir iddianı Rusiya Müdafiə Nazirliyi yayıb.

İddiada bildirilib ki, silahlıların texnikası və canlı qüvvəsi məhv edilib.

Qeyd edək ki, “Təhrir əş-Şam” Hələb, İdlib, Həma və digər şəhərləri ələ keçirdikdən sonra Xümsə hücum edib. Xümsün girişində döyüşlər gedir və qısa müddətdə bu şəhərin də nəzarətə alınacağı, bunun ardınca HTŞ-nin Dəməşqə istiqamətlənəcəyi gözlənilir.

Bəşər Əsədin ən əsas dayağı olan İranın artıq öz hərbçilərini Suriyadan çıxartdığı, Suriya liderinin isə “məsləhətləşmələr” adı ilə Tehrana qaçdığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*