Rusiya yoxsa Çin? – Asiyanın coğrafi mərkəzi əslində harada yerləşir? – ARAŞDIRMAbackend

Rusiya yoxsa Çin? - Asiyanın coğrafi mərkəzi əslində harada yerləşir? - ARAŞDIRMA

Yer səthinin coğrafi mərkəzini müəyyən etmək olduqca çətin məsələdir. Bu məsələ gündəmə gələrkən, dərhal sual yaranır: Yer səthinin mərkəzini necə ölçmək olar? Alimlər arasında bu məsələdə hələ də birlik yoxdur. Əgər Avropanın mərkəzi nöqtə ilə bağlı bəxti gətirmirsə (müxtəlif ölkələrdə mərkəz nöqtə kimi 7-yə qədər yer göstərilir), onda yalnız Rusiya və Çin Asiyanın coğrafi mərkəzi adlandırılmaq hüququ uğrunda mübahisə edə bilər. Bu qarşıdurma isə sürətlənir, çünki heç kim təslim olmaq istəmir.

KONKRET.az xəbər verir ki, Rusiyada Asiyanın mərkəzinin Tuva Respublikasının paytaxtı Qızıl şəhərində yerləşdiyinə inanırlar. Lakin çinlilər bu bəyanatla razılaşmırlar və əmindirlər ki, əslində dünyanın coğrafi mərkəzi Urumçidən çox da uzaq olmayan Sincan vilayətində, yəni Qızıldan min kilometr cənub-qərbdə yerləşir.

Asiya və onun iki coğrafi mərkəzi

Burada əsas məqam ölçmə üsuludur. Qitənin və ya dünyanın bir hissəsinin coğrafi mərkəzini onun bütün sərhədlərindən bərabər məsafədə olan bir nöqtə kimi müəyyən etmək mümkündür. Bu, beynəlxalq sistemdə qəbul edilir. Bəs adalarla bağlı məsələ necə tənzimlənir? Onlar materik hesab edilməsələr də, digər tərəfdən dünyanın bir hissəsinə aiddirlər.

Азия и два ее географических центра

Qeyd edək ki, Asiyanın coğrafi mərkəzinin məhz Tuvada olduğunu 1910-cu ildə mühəndis-hidroloq Vsevolod Rodiçev “Uryanxay ərazisi (Monqol Yenisey çayı hövzəsi) haqqında esse” əsərində yazıb. O, elə bir coğrafiya həvəskarı var idi ki, dünyanın bütün mərkəzlərini gəzərək səyahət edirdi. Onun hesablamaları necə apardığı məlum deyil. Lakin Asiyanın mərkəzinin Yeniseyin yuxarı axarında, çayın sahilində, Qızıl şəhərində yerləşdiyi hesablamaların nəticəsində əks olub.

Кызыл в 1914 году/ © tuvaonline.ru

1964-cü ildə Tuvanın SSRİ-yə daxil olmasının 20-ci ildönümünü ərəfəsində də  Sovet alimləri hesablama apararaq, Asiyanın coğrafi mərkəzinin həqiqətən də Tuva Respublikasında olduğunu sübut ediblər. Beləliklə, təxminən 30 il ərzində Asiyanın mərkəzinin Tuvada yerləşməsi heç bir şübhə yaratmayıb. Lakin 1992-ci ildə çinli mütəxəssislər ölçmələrin etibarlılığına etiraz etmək qərarına gəliblər. Onlar öz hesablamalarını aparıblar və məlum olub ki, əslində dünyanın Asiya hissəsinin mərkəzi Urumçidən çox da uzaq olmayan Sincan vilayətində yerləşir. Çinlilər təkcə Asiyanın ekstremal coğrafi nöqtələrini deyil, Kipr və Yaponiya kimi ada dövlətləri də daxil olmaqla 49 ölkənin hər birinin mərkəzlərini əsas götürüblər. Təbii ki, hesablamalarda kifayət qədər siyasi hiyləyə də əl atılıb. Belə ki, onlar Fələstini və Hindistanın Sikkim əyalətini (çinlilər bir vaxtlar onu Hindistanın bir hissəsi hesab etməkdən inadla imtina edib müstəqil dövlət sayırdılar) nəzərə alsalar da, Tayvanı dövlət kimi saymayıblar.

Обелиск "Центр Азии" в Кызыле/ © mkyzyl.ru

Sincan vilayətində Dikilitaş

Bütün bu maxinasiyalardan sonra Asiyanın mərkəz nöqtəsinin Çində olacağına şübhə yoxdur. Çinlilər “yeni” coğrafi mərkəzi 18 metrlik “A” hərfi formasında olan, üstündə qlobus yerləşdirilən, üzərindən isə ox işarəsi asılan abidə ilə bəzəyərək təqdim edirlər. Maraqlıdır ki, obelisk tikmək üçün hətta bütöv bir kəndi yeni əraziyə köçürmək qərarı da verilib. Hazırda həmin kənd bir kilometr şərqdə yerləşir və “Asiyanın Qəlbi” adı ilə tanınır. Amma Rusiya bu cür demarşdan sonra kənarda qalmamaq qərarına gəlib və 2014-cü ildə Qızıldakı obelisk yenisi ilə əvəz olunub. Daha əzəmətli və hətta bir qədər zərif obeliks tikilib. Çinin buna cavab verib-verməyəcəyi, yaxud Asiyanın yeni mərkəzini müəyyənləşdirmək üçün fərqli üsula əl atıb-atmayacağı məlum deyil.

Новый обелиск "Центр Азии" на набережной Енисея в Кызыле/ © ТАСС

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*