Rusiyada 4 deputat müharibəyə getmək üçün Putindən XAHİŞ ETDİbackend

Rusiyada 4 deputat müharibəyə getmək üçün Putindən XAHİŞ ETDİ

Rusiya Dövlət Dumasının 4 deputatı müharibəyə getmək üçün müraciət edib.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Vahid Rusiya” Partiyasının Ali Şurasının katibi Andrey Turçak bildirib.

Onun sözlərinə görə, bunlar Dövlət Dumasının Sağlamlığın Mühafizəsi Komitəsinin sədri Dmitri Xubezov, Müdafiə Komitəsinin sədr müavini Dmitri Sablin, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Vitali Milonov və İqtisadi siyasət komitəsi üzrə sədr müavini Sergey Sokoldur.

Qeyd edək ki, bundan əvvəl də Dövlət Dumasının deputatı Adam Delimhanov Çeçenistandan hərbi əməliyyatda iştirak edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*