Rusiyada azərbaycanlı blogerin həbs müddəti uzadıldıbackend

Rusiyada azərbaycanlı blogerin həbs müddəti uzadıldı

Sankt-Peterburqun Oktyabrsk Rayon Məhkəməsi azərbaycanlı bloger Tural Məmmədovun həbs müddətini uzadıb.

KONKRET.az xəbər verir ki, buna əsasən, azərbaycanlı ən azı fevralın 15-dək dəmir barmaqlıqlar arxasında qalacaq.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Rusiyadan qaçmaq niyyətində deyil.

Xatırladaq ki, bloger Tural Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci (bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə xuliqanlıq) və 282-ci (informasiya və telekommunikasiya şəbəkələrindən istifadəyə nifrət oyatmağa yönəlmiş hərəkətlər) maddələri ilə ittiham olunub.

Noyabrda Azərbaycan millətçi fikirlərə malik tanınmış bloggeri Rusiyaya ekstradisiya edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*