Rusiyada azərbaycanlı yol qəzasında ölüb.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, hadisə Moskva şəhərin magistral yolunda baş verib. Belə ki, yolda xarab olan “Qazel” markalı yük maşınının sürücüsü avtomobilini digər yük maşının qoşqusuna bağlayan zaman magistrala yüksək sürətlə hərəkətdə olan “Mercedec Sprinter“ markalı mikroavtobus “Qazel”ə arxadan çırpılıb. Nəticədə iki avtomobilin arasında qalan Goranboy rayon Todan kənd sakini 1993-cü il təvəllüdlü Əmrahov Səhman Rövşən oğlu ağır bədən xəsarətləri alıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan sürücü Səhman Əmrahovun həyatını xilas etmək mümkün olmayıb.
Xatırldaq ki, Səhman Əmrahov ötən gün doğulduğu Todan kəndində dəfn edilib. O bir neçə ildir ki, Rusiyada ticarətlə məşğul olurmuş.
Ölüm hadisəsi ilə bağlı Moskva hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.