Rusiyada bu cinayətə görə ilk dəfə olaraq vətəndaşlığa xitam verildibackend

Rusiyada bu cinayətə görə ilk dəfə olaraq vətəndaşlığa xitam verildi

Rusiyada ilk dəfə olaraq cinayətlərə görə vətəndaşlıqdan məhrumedilmə cəzası verildi.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu barədə ilk qərar Moskvada qəbul edilib.

Daxili İşlər Nazirliyinin paytaxt idarəsinin mətbuat xidməti məlumat yayıb ki, sonradan vətəndaşlıq alan iki nəfərin vətəndaşlığına xitam verilib və pasportları müsadirə edilib.

Buna səbəb isə həmin şəxslərin narkotik maddə saxladıqları olub. Qeyd edək ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinə görə (narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması) saxlanılar vətəndaşların bu statusuna xitam verilə bilər. Belə şəxslər haqqında qərar isə qanunla sonradan vətəndaşlıq alanlara şamil edilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*