Rusiyada daha bir alim dövlətə xəyanətdə ittiham olunaraq HƏBS EDİLDİbackend

Rusiyada daha bir alim dövlətə xəyanətdə ittiham olunaraq HƏBS EDİLDİ

Rusiyada daha bir alim həbs olunub.

KONKRET.az xəbər verir ki, bu barədə cümə günü, avqustun 5-də institutun elmi direktoruna istinadən TASS məlumat yayıb.

REA-nin Nəzəri və Tətbiqi Mexanika İnstitutunun direktoru Aleksandr Şiplyuk dövlətə xəyanətdə ittiham olunaraq həbs edilib.

Şiplyuk Novosibirskdə işləyib, yüksək sürətli aeroqazdinamika sahəsində mütəxəssisdir.

Liderin konkret nədə ittiham edildiyi hələlik məlum deyil. Məlumat yoxlanılır.

Qeyd edək ki, bir müddət əvvəl təhlükəsizlik qüvvələrinin institutun direktor müavini Anatoli Maslova sualları olub. O, dövlətə xəyanətdə şübhəli bilinərək Novosibirskdə saxlanılıb və Moskvadakı Lefortovo istintaq təcridxanasına köçürülüb. İşlə FSB-nin Mərkəzi Aparatı məşğul olur.

Xatırladaq ki, Dmitri Kolker də dövlətə xəyanətdə şübhəli bilinərək Novosibirskdə saxlanılıb. Onun ağır onkoloji xəstəliyi var, lakin bu, onun Moskvaya aparılmasına mane olmayıb. O, 3 gündən sonra orada dünyasını dəyişib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*