Rusiyada daha bir təyyarə qəzası – Pilot öldübackend

Rusiyada daha bir təyyarə qəzası - Pilot öldü

Rusiyanın Belqorod vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

Havaya qalxarkən qəzaya uğrayan təyyarədə bir pilot olub. Hadisə zamanı pilotun öldüyü bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyi məlumatı təsdiqləyib. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə dəstəsi göndərilib.

Qeyd edək ki, dünən Rusiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*